Zərdabın prokuroru işdən çıxarıldı

11-01-2016, 00:30   
Zərdabın prokuroru işdən çıxarıldı
Zərdab rayon prokuroru Süleyman Süleymanov tutduğu vəzifədən azad edilib. Onun köməkçisi Seyidəzim Ağayevə isə təöhmət verilib.

Bu məlumatı Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, bir müddət əvvəl vəzifəsindən siyasi bəyanatla istefa verən Rüfət Səfərov feysbuk səhifəsində yayıb.

Prokurorun hansı səbəbdən işdən çıxarıldığı və onun köməkçisinə niyə töhmət verildiyi haqda isə R.Səfərov heç nə yazmayıb.


Bununla belə səbəbin R.Səfərovun özü ilə bağlı olduğu istisna deyil.

Daha ətraflı məlumat öyrənməyə çalışacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar