"MM.ORBİTA-LTD" MMC şirkəti problemlərə aydınlıq gətirir
Şirkət ətrafında yaranmış gömrük qiyməti artımı
xəbərlərinin yalan olduğu barədə rəsmi məlumat yaydı
Elektron poçtumuza "MM.ORBİTA-LTD" MMC şirkəti tərəfindən məktub daxil olub. Şirkət son zamanlar bəzi kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirməyə məcbur olduğundan, məktubun olduğu kimi dərc olunmasını və şirkət haqqında yayılmış yanlış məlumatlara aydınlıq gətirilməsini xahiş edir.
Məktubu olduğu kimi dərc edirik:
"Bildiririk ki, "MM.ORBİTA-LTD" MMC 1997-ci ildən Rusiya Federasiyası, Ukrayna və Belorusiya Respublikalarından meşə materiallarının idaxlı ilə məşğuldur. Bəzi saytlardan məlum olub ki, idxal olunan meşə materiallarının qiymətlərində artımlar olub.
Lakin biz meşə materiallarının idxalı ilə məşğul olan "MM.ORBİTA-LTD" MMC olaraq bildiririk ki, idxal etdiyimiz meşə materiallarının idxalında gömrük ödəmələrində artım yox, əksinə əhəmiyyətli dərəcədə azalma olmuşdur.
Əlavə olaraq bildiririk ki, meşə materiallarının idxalı zamanı Bakı Baş Gömrük İdarəsində Gömrük rəsmiləşdirilməsi idxal sənədləri əsasında aparılır və 20 dəqiqə ərzində bu rəsmiləşmə başa çatır."
"MM.ORBİTA-LTD" MMC şirkəti problemlərə aydınlıq gətirir