Lənkəranda mitinq haqda məlumat verən müsavatçı saxlanıldı

12-01-2016, 22:52   





Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyev saxlanılıb. Lənkərandan verilən məlumata görə, o, hazırda Lənkəran şəhər polis idarəsindədir.

Mənbə bildirir ki, İman Əliyevin saxlanmasının səbəbi onun bu gün Liman qəsəbəsində keçirilən aksiya haqqında “Basta” xəbər saytına məlumat verməsidir.

Qeyd edək ki, bu gün Lənkəranın Liman qəsəbəsinin sakinləri bahalaşma əleyhinə aksiya keçirib.

Müsavatın Lənkəran şəhər təşkilatının sədri İman Əliyevin “Basta”ya verdiyi məlumata görə, qəsəbənin və qonşu kəndlərin bir qrup sakini Bakı-Astara yolunu bağlayıblar.

İman Əliyevin bildirdiyinə görə, sakinlər bahalaşmaya və işsizliyə etiraz edirlər: “Qiymətlər günü-gündən qalxır, işsizlik baş alıb gedir. Bu vəziyyətdə insanlar nə etməlidir? Yolu bağlamışıq, bura polis və məmurlar gəlib. Amma camaat haqlı olduğu üçün, onlar da aksiyanı dağıda bilmir”.

İman Əliyev əməkdaşımızla danışarkən aksiya davam edirdi. Aksiya iştirakçılarının etiraz səsləri eşidilirdi. Bir neçə dəqiqə sonra əldə etdiyimiz məlumata görə əhalini ərazidən uzaqlaşdırmaq mümkün olmasa da, polis qüvvələri yolu aça biliblər.

Mustafa Hacıbəyli, bastainfo.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.