Siyəzədə vətəndaşlar icra başçısının üstünə qışqırdılar - niyə kömək etmirdin? - VİDEO
13-01-2016, 20:44
Siyəzəndə sosial problemlərinə, qiymət artımına görə etiraz edənlər rayon icra hakimiyyətinin qarşısına yığışıblar.
Qazeta.info Azxeber.az- istinadla bildirir ki, sakinlər "Bugünə kimi niyə kömək etmirdin" deyə icra başçısı Asif Hüseynova sual edirlər. İcra başçısı vətəndaşların sualları qarşısında çıxılmaz vəziyyətə düşüb.