Bakıdakı həbsxanada çörək üsyanı Bu dəqiqələrdə 12 saylı cəzaçəkmə müəssisəsində üsyan başlayıb. Bu məlumatı “Basta”ya həmin kalonda cəza çəkən məhbuslardan birinin qohumu ötürüb.
Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır.
Mənbə bildirir ki, narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib. Hal hazın “şmon” əməliyyatı həyata keçirilir.
12 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Puta qəsəbəsində yerləşir.