Daxili işlər orqanlarında bir neçə rayonun mühafizə polisinin rəisi vəzifələrində dəyişikliklər baş verib.
Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə Şəki Mühafizə Polisinin rəisi Salyana, Salyan Mühafizə polisinin rəisi Şamaxıya, Şamaxı Mühafizə Polisinin rəisi Göyçaya, Göyçay Mühafizə Polisinin rəisi isə müvafiq olaraq Ağdaş rayon Mühafizə Polisinin rəisi vəzifəsinə təyin olunublar.
Məlumatda qeyd olunur ki, Şəki Mühafizə Polisinin rəisi vəzifəsinə Şəki İTB-nin rəisi təyin edilib. Ağdaş Mühafizə Polisinin rəisi isə Qəbələ rayon Mühafizə Polisinin rəisi postuna gətirilib. Göyçaya təyinat alan şəxs - Faiq Osmanlı deputat Ceyhun Osmanlının qardaşıdır.