Türkiyənin İstanbul şəhərindəki Okmeydanında başından güllə ilə vurulması nəticəsində dünyasını dəyişən Uğur Kurtun dəfnindən sonra toqquşmalar baş verib.
Dəfn bitəndən dərhal sonra əsasən azyaşlılardan ibarət qrup aksiya keçirib. Okmeydanı yaxınlığındakı prospektlərdən birini bağlayan aksiya iştirakçıları polis əməkdaşlarına daş atıblar. Təhlükəsizlik qüvvələri isə buna su şırnaqları və gözyaşardıcı qazla cavab veriblər.
Ara küçələrə qaçan aksiya iştirakçıları polis əməkdaşlarına səs qumbaraları, Molotov kokteyli və fişəng atıblar.
Ərazidə təhlükəsizlik tədbirləri görən polis qüvvələri aksiya iştirakçılarının silahdan istifadə edə biləcəyindən ehtiyatlanaraq, jurnalistləri və vətəndaşları təhlükəli bölgədən uzaqlaşdırıblar.
İstanbul polisinin yaydığı məlumata görə, İstanbuldakı toqquşmalarda 7 polis əməkdaşı xəsarət alıb