Laçın Rayon Təhsil Şöbəsinin müdri Malik Vəliyev yuxarı dövlet orqanlarında sözü keçən yaxın qohumları: Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmovun imkanlarından istifadə etməklə Laçın rayon təhsil şöbəsini bazara çevirib.
Laçın rayon Təhsil Şöbəsində korrupsiya və rüşvətxorluq pik nöktəyə çatıb.
Təhsil Şöbəsinin müdrü Malik Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olub məktəblərdə olan texniki ştatları və pisxoloq ştatlarını məktəb direktorları vasitəsilə satırlar.Hətta Laçın rayon ümumtəhsil məktəblərinin və məktəbdənkənar tərbiyə müəssisələrinin texniki işçilərinin əksəriyyəti başqa ərazilərdə yaşayır və əməkhaqqı kartı M.Vəliyevin cibindədir.
M. Vəliyev fiziki qüsurlu uşaqlar üçün ayrılmış dərs saatlarını əlbir olduğu məktəb direktorları vasitəsilə direktorlara qohum olan müəllimlərin adına yazmaqla pulunu mənimsəyirlər. Qanunda nəzərdə tutulmuş qaydada əlil uşaqlara dərs keçirilmir. Həmin əlil uşaqları özləri üçün gəlir mənbəyinə çeviriblər. Bu uşaqlar arasında sorğu keçirilsə, uşaqlar onlara dərs keçəsi müəllimləri tanımadıqları aşkar olar. Hətta bir çox hallarda sağlam və yüngül fiziki qüsurlu uşaqlara məktəbə gələ- gələ saxta sənədlər düzəldərək ,fərdi dərs saatları yazaraq dövlət büdcəsini talan edirlər.
M.Vəliyev Təhsil Şöbəsini bazara çevrib, beləki o latın əlifbasını bilməyən məhdud hərbi xidmətə yararlı olan, hərbi xidmət keçmiş şəxslərdən küllü miqdarda rüşət alaraq daxili əmrlə hərbi hazırlıq müəllimi təyin edir.
M.Vəliyev vərəm,şəkərli diyabet və hepatit C xəstəlikləri ilə pensiya alan müəllimlərə 36-48 saat dərs tədris etdirir, əvəzində aylıq hesab alır.
M. Vəliyev Təhsil Şöbəsindəki vakansiyaları Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komsiyadan gizlədərək Müsabiqəyə vermir yüksək məbləğdə rüşvət alaraq satır.
M.Vəliyevin verdiyi Əmirlər(müəllimlərin yerdəyişməsi və müəllimlərin işə qəbul musabiqəsindən keçməyən namizədlərin işə qəbulu) araşdırılsa Küllü miqdarda rüşvət aldığı yoxlanılsa aşkar olar.
M. Vəliyevin əsas gəlir mənbələrindən biri də kağız üzərində mövcud olan məktəblərdir. Məsələn: Gəncə şəhərində və İsmayıllı rayonunda “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir
M. Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayonun 100-dən çox məktəbində monopoliya yaradıb. M.Vəliyev Laçın RTŞ-yə müdir təyin edildikdən sonra məktəbin müəlliməsinə qarşı əxlaqsız hərəkətlər törətdiyinə görə rayonun 45 saylı tam orta məktəbin direktorluğundan azad edilmiş bibisioğlu İbadov Fizulini yenidən rayonun 13 saylı tam orta məktəbinə direktor təyin etdib.istər ciddi qanun pozuntularına yol vermiş istərsədə digər səbəblərdən məktəb direktorları tutduqları vəzifədən azad olunmaq məcburiyyəti yarandıqda M.Vəliyev aldığı rüşvət qarşısında aciz qalaraq həmin məktəb direktorunun yerinə ya həyat yoldaşını yada həmin ailənin digər bir üzvünü direktor təyin edir. rayon məktəblərinin əksəriyyətində məktəb direktoru və direktor müavini ər arvad işləyir ki, bu hallarda ciddi qanun pozuntusudur.
Rayonun 13 saylı məktəbinin direktoru (Laçın RTŞ-nin müdri M.Vəliyevin bibisioğlu) Fizuli İbadov 2013-2014-cü tədris ilində Rusiyaya getmiş Təhminə Məmmədovanı işdən azad etməyib, onun adına dərs saatı yazdıraraq, əmək haqqısını M.Vəliyev ilə birlikdə mənimsəyiblər. Təhminə Məmmədova Rusiyaya gedərək orada bir müddət yaşayıb. Yalnız 18 aydan sonra geri dönüb.
Olmayan müəllimlərin adına əməkhaqqı yazıb mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar.
M.Vəliyev Laçın rayon Maliyyə şöbəsi ilə əlbir olub Rayonun ümümtəsil məktəblərinin cari və əsaslı təmiri, məktəblərinin istilik sisteminə ayrılmış yanacaq pulu və satınalmalar üçün ayrılmış 100 000(yüz min) manatlarla vəsaiti saxta sənədlər düzəltməklə mənimsəyib. Təhsil Nazirliyi tərəfindən rayon Təhsil Şöbəsinə verilən dərs vəsaitləri və məktəbli ləvazimatları M. Vəliyevin rəhbərliyi altında satılır.Laçın rayon ümumtəhsil orta məktəblərinin jurnal, tarifkassa və əmək haqqı cədvəlləri üzləşdirilsə, dövlət büdcəsinin hansı yollarla talan edildiyi aşkar olar.M.Vəliyev dərs saatlarını alver predmentine çevrib.Beləki direktorlara qohum olan müəllimlər rüşvət verərək iki məktəbdə formal olaraq adına 36-48 dərs saatı yazdıraraq dövlət büdcəsini qeyri- qanuni talan edirlər.
M.Vəliyev hər il Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinə boş (vakant) yerləri vermir və müsabiqədə uğur qazanmayan namizədlərə qeyri-qanuni olaraq satır.
Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamdan öz şəxsi mənafeyi üçün istifadə etdiyi halda M. Vəliyev hansı tədrisdən danışa bilər? Cənab Prezidentin müvafiq sərəncamına əsasən yaşı 65-dən yuxarı olan müəllimlər zərurət olmadığı halda birmənalı şəkildə işdən azad edilməlidirlər. Lakin M. Vəliyev heç bir zərurət olmadığı təqdirdə həmin ixtisas müəllimlərindən rüşvət alaraq 1 (bir) illik müqavilə ilə müəllim və psixoloq işlədir.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edir. M. Vəliyev hər il qeyri-qanuni məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini süni surətdə artıraraq satır.
Ağcabədi rayon Taxta körpü ərazisində kənd icra nümayəndəsi işləyən dövlət qulluqçularının adına Bakı şəhəri ərazisində yerləşən LRTŞ-nə məxsus məktəblərində 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər. Məsələn: Laçın rayon 35 saylı tam orta məktəbi buna əyani faktdır.
M. Vəliyevin əsas gəlir mənbələrindən biri də fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın yazılıb mənimsənilməsi.
M.Vəliyev hər dərs ilində rayon məktəblərinin hesabatlarını qəbul edərkən sinif komplektlərinin sayından asılı olaraq(siniflərin sayı artdıqca rüşvətin məbləği də artır) bütün məktəb direktorlarından rüşvət yığır. Korrupsiyanın tüğyan elədiyi Təhsil Şöbəsində elə məktəblər var ki, qapısı aylarla açılmır. Bir çox məktəblərin müəllim və şagirdləri bir birini tanımırlar.M.Vəliyev riyaziyyat, kimya, fizika və coğrafiya fənnləri bir çox məktəblərdə farmal olaraq fizziki tərbiyyə və ibtidai sinif müəllimlərinə “tədris” etdirilir və əvəzində Məktəblərdən aylıq rüşvət yığılır. Nəticədə təlimin və tədrisin keyfiyyəti aşağı düşür.
M. Vəliyev Təhsil Şöbəsində işləyən metodis və məsləhətçilərin adına ayrı- ayrı məktəblərdə 12 saat dərs yükü yazaraq, əmək haqqı adı altında alınan vəsaiti qarşılıqlı mənimsəyirlər.
M. Vəliyev müəllim və pedeqoji işçılərinin əməkhaqqısından tutulmuş pullar hesabına Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Həmkarlar Təşkilatının büdcəsinə yığılmış pulları əlbir olduğu müəllimlərin adına yazdıraraq mənimsəyir.
M.Vəliyev Laçın RTŞ-nin müdiri işlədiyi dövrdə müəllimlərin əmək haqqı tariflərini aldığı rüşvətə görə müəyyən etdirir. Hətta dəniz səviyyəsindən yüksəkliyə görə əmək haqqıya əlavə olunan
20-30% -də M.Vəliyevin müəyyən etdiyi miqdarda rüşvət verməklə Bir çox müəllimlər yaşından və Laçın Rayonu ermənilər tərəfindən işğal edilənədək heç bir yerdə işləməməsindən asılı olmayaraq yüksəklik ödənişi şamil edilir.
Malik Vəliyevin təhsil şöbəsində yol verdiyi korrupsiya faktları və məmur özbaşnalığı haqqında Laçın rayon vətəndaşları tərəfindən təhsil naziri Mikayıl Cabbarova ünvanlanan mindən çox şikayət və ərizələri təhsil nazirliyinin daxili nəzarət şöbəsi üst bastır edib.
Cənab Prezident inanıram ki, göstərdiyim faktların araşdırılmasına, Təhsil şöbəsinin korrupsiya girdabından xilas olunmasına və M.Vəliyevin Korrupsiya əməllərinin durdurulmasına dair aidiyati orqanlara lazımı göstərişlər verəcəksiniz.
M. Vəliyev deyir Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həm yerlim var əliniz hara çatır müracət edin.idarənin rəisi Kamran Əliyevdən xahiş edirəm yazdığım korrupsiya faktları öz rəhbərliyi altında yoxlanılsın.araşdırlma aparılsa yazdığım korrupsiya faktları Laçın rayon Təhsil şöbəsində mövcüd olan korrupsiya faktlarının 10 faizi olmadığı aşkar olar.
Cənab Prezidentə və aidiyati Dövlət orqanlarına Malik Vəliyevin Təhsil şöbəsində yol verdiyi korrupsiya faktları haqqinda etdyim müracətləri görə M.Vəliyev məni və ailə üzvlərmi Laçın rayon Prokuroru və Laçı rayon Məkəməsi ilə hədələyir.Adiyati orqanlardan xahiş edrik təhlükəsizliyimiz təmin olusun.anaxeber.info