Nazirin mindiyi təyyarəni ildırım vurdu

25-05-2014, 13:18   
Nazirin mindiyi təyyarəni ildırım vurdu
Türkiyənin maliyyə nazirinin olduğu təyyarəni ildırım vurub. Ankaradan Batmana səfər edən Türkiyənin Maliyyə naziri Məmməd Şimşekin də içində olduğu təyyarə ildırım vurma hadisəsi ilə üzləşib. İldırım vurması "Anadolu Jet Havayolları"na məxsus təyyarənin Ankara Esenboğa hava limanından qalxdığı zaman baş verib. Bir anda nə olduğunu anlamayan bəzi sərnişinlər arasında çaxnaşma yaşanıb. Lakin sonra sərnişinlərə məlumat verilərək, narahat olmamaları bildirilib. Təyyarə isə hər hansısa bir problem olmadan Batman hava limanına enib. Nazir hava limanına endikdən sonra verdiyi açıqlamada, həmin vaxt birdən-birə təyyarədə gurultu səsi eşitdiklərini bildirib. Təyyarələrin ildırımdan təsirlənməməsi üçün tam təchizatlı və etibarlı olduğunu dilə gətirən Şimşək, heç bir problem olmadan Batmana endiklərini vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.