Türk admiralı Qarabağda müharibə riski haqda: “Maksimum ehtiyatlı olmaq lazımdır...”

17-02-2016, 11:23   
Türk admiralı Qarabağda müharibə riski haqda: “Maksimum ehtiyatlı olmaq lazımdır...”
Türkiyə Suriya ilə şimal sərhədləri boyu kürd qüvvələrinin möhkəmlənməsinə göz yuma bilməz və buna yol verməmək üçün kürd yaraqlılarının cəmləşdiyi nöqtələrə zərbələr endirir.

Bu haqda Türkiyə hərbi dəniz qüvvələrinin istefada olan vitse-admiralı Soner Polat virtualaz.org saytına Suriyadakı vəziyyəti şərh edərkən deyib.

Bununla belə admiral hesab edir ki, Türkiyə Suriyaya quru qoşunları yeritməli deyil. Onun fikrincə, əgər quru əməliyyatlarına zərurət yaransa belə Türkiyə bunu Qərb müttəfiqləri, habelə Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə etməlidir. “Çünki biz təkbaşına qurudan müdaxilə etsək Rusiya ilə birbaşa hərbi toqquşma riski yaranacaq. Bu isə bizim maraqlarımızda deyil”-Soner Polat deyib.

Vitse-admiral deyib ki, Türkiyə ilə Rusiya arasında müharibə hər iki tərəf üçün arzuolunmazdır. Əgər rus-türk toqquşması baş verərsə hərbi əməliyyatlar teatrı Suriya ilə məhdudlaşmayacaq-Rusiya bütün regionu bu müharibəyə sürükləyəcək. “Suriya ancaq cəbhə xəttinin bir hissəsi olacaq, hərbi əməliyyatlar isə Qara dəniz akvatoriyasına, Qafqaza yayıla bilər. Ona görə də biz də, ruslar da hər şeyi etməliyik ki, bu müharibədən qaçaq”-istefada olan admiral bildirib.



Soner Polat hesab edir ki, Suriyada hadisələr ağlasığmaz istiqamətlərdə inkişaf etsə Rusiya Türkiyəni başqa regionlarda da müharibəyə çəkə bilər. “Zəruri logistika olmadığından Rusiya Suriyadakı müharibəni uda bilməz, ancaq Qafqazda və Qara dəniz akvatoriyasında istənilən hərbi əməliyyatı keçirə bilər. Ona görə də indiki həyacanlı situasiyada bütün ölkələr maksimum təmkin nümayiş etdirməlidir”-admiral deyib.

Soner Polat 2012-ci ildə Ərdoğan hakimiyyətinə qarşı “Balyoz” çevriliş planı hazırlamaqda ittiham olunan yüksək rütbəli ordu mənsubları ilə birlikdə həbs edilib. Daha sonra bu işin qurama olduğu təsdiqlənib və azadlığa çıxıb. Vaxtaşırı olaraq Türkiyə KİV-lərində hərbi-siyasi mövzularda şərhlərlə çıxış edir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.