Lüksemburqun xarici işlər naziri Jan Asselborn bildirib ki, Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə NATO Türkiyəni dəstəkləməyəcək.
Virtualaz.org Almaniyanın «Der Spiegel» qəzetinə istinadən xəbər verir ki, Asselbornun fikrincə, NATO-ya daxil olan bütün dövlətlərin bu məsələdə mövqeyi eynidir.
«Alyans ölkələri Türkiyə ilə Rusiya arasında mümkün münaqişəyə cəlb edilməməlidirlər. NATO-nun nizamnaməsinə görə, qarşılıqlı müdafiə zəmanəti yalnız aşkar müdaxilə hallarına şamil olunur», - Asselborn belə deyib.