Nigeriyanın şimalındakı Borno əyalətinin Amoya kəndinə təşkil edilən silahlı hücumda ən az 20 adam həyatını itirib. Kəndlilərin və əsgərlərin bildirdiyinə görə, hücumları Boko Haram terror təşkilatı həyata keçirib. Məlumatda bildirilir ki, terrorçu təşkilatın üzvləri kənd camaatından pul istəyib. Pul verməkdən boyun qaçıranlar isə güllələnib. Əsgərlərin verdiyi məlumata görə, kəndlilərin polisə məlumat verməməsi 20 adamın öldürülməsinə səbəb olub. Xatırladaq ki, “Boko Haram” terror təşkilatının belə hücumları ilk deyil. Ötən ayın ortalarında terrorçu təşkilat 200 məktəbli qızı qaçırıb. Hələ də məktəblilərin taleyi qaranlıq olaraq qalır.