ABŞ prezidenti Barak Obama Veteranların Xatirə gününün qeyd edildiyi həftə sonu gizli olaraq Əfqanıstana səfər edib. Prezident Obamanın təyyarəsi bazar günü axşam Kabil yaxınlığındakı Baqram hərbi hava bazasında yerə enib. Ağ Ev ABŞ prezidentinin hərbi komandirlər tərəfindən məlumatlandırılacağını bazadakı xəstəxanada yaralı əsgərləri ziyarət edəcəyini bildirib. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, yüksək ABŞ rəsmisi cənab Obamanın tezliklə 2014-cü ildən sonra Əfqanıstanda qalacaq Amerika əsgərlərinin açıqlayacağını bildirib. Beynəlxalq hərbi qüvvələr bu ilin sonuna qədər Əfqanıstandan çıxarılmalıdır. Bəzi əsgərlərin Əfqanıstan hökuməti Birləşmiş Ştatlarla Təhlükəsizliyə dair ikitərəfli sazişi imzaladığı halda Əfqanıstan qüvvələrinə təlim verilməsi məqsədilə ölkədə qalması nəzərdə tutulur. Hazırda Əfqanıstanda 32 min Amerika əsgəri xidmət göstərir. ABŞ-da Veteranların Xatirə günü münasibətilə Baqram hərbi bazasının təyyarə meydanında əsgərlər üçün xüsusi bayram konserti keçirilir. Konsertdə ABŞ prezidenti ilə Əfqanıstana səfər edən kantri musiqisi ustası Brad Peysli çıxış edir. ABŞ –ın başçılığı ilə beynəlxalq qüvvələr Taliban hökumətini 2001-ci ildə hakimiyyətdən devirmişdi. Amerikada Xatirə günü hərbi münaqişələrdə həyatını itirmiş veteranların xatirəsi anılır