Roqozinin qəfil səfərinin səbəbi nədir?

4-03-2016, 09:30   

Roqozinin qəfil səfərinin səbəbi nədir?

Hikmət Hacızadə: «Rusiyadan Ermənistana silah ötürülməsinə Azərbaycanın etirazı da buna səbəb ola bilər»

Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib. “Report” xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə silah ixracı ilə əlaqəli mənbələr məlumat verib. Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiqləyib. “Bakıda havanın temperaturu gecə 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”,- deyə o cümə axşamına keçən gecə öz “Facebook” səhifəsində yazıb.


Nəşrə verilən məlumata görə, Roqozin Bakıda Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə görüşəcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə predmeti olması nəzərdə tutulub. Qəzet yazır ki, Roqozinlə yanaşı Rusiya silahlarının xüsusi ixracatçı şirkəti olan “Rosoboroneksport”, həmçinin Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də Bakıya gəliblər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu səfər “xüsusi mahiyyət” daşıyır və əvvəlcədən planlaşdırılmayıb. Buna guya yüksək səviyyədə həll edilməli olan ixrac müqavilələri ilə bağlı çətinliyin yaranması səbəb olub.

“Neftin qiymətinin düşməsi hamıya təsir edib və bizim azərbaycanlı tərəfdaşlarımız da istisna deyil. Iş o yerə çatıb ki, onların sifariş etdiyi texnika hazırlanıb və göndərilib, lakin hələ ki, boşaldılmadan limanda hərəkətsiz qalıb və vəziyyətin yoluna qoyulmasını gözləyir”,- deyə qəzet mənbələri izah ediblər.

Rusiya nümayəndə heyətinin öncə Azərbaycan hərbçiləri ilə görüşəcəyi, ardınca danışıqların Ilham Əliyev və baş nazirin müavini Dmitri Roqozin səviyyəsində davam etdiriləcəyi gözlənilir.

Bəs bu qəfil səfərin səbəbi nədir? Səfər zamanı Roqozinlə Bakıya gələn nümayəndələrin cavabdeh olduğu sahələrə də diqqət yetirmək lazımdır. Çünki Roqozinlə birgə Bakıya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidməti rəhbərliklərinin nümayəndələri də gəlib. Bu məqam səfərin hansı məqsədlə həyata keçirildiyinə işarə vurur.

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə hesab edir ki, səfərin başlıca məqsədi Rusiyanın Azərbaycana silah təklif etməsiylə bağlı ola bilər. Çünki Rusiyanın Ermənistana silah satması ciddi rezonansa və rəsmi Bakının etirazına səbəb olmuşdu. Roqozinin səfəri məhz bu gərginliyi aradan qaldırmaq məqsədi daşıya bilər: “Səfər regiondakı gərginliklə də bağlı ola bilər. Istər Suriya məsələsi, istəsə də Bakıda neft-qazla bağlı keçirilən sammit müzakirəyə səbəb ola bilər. Çünki bu toplantıda Türkiyə və Avropa Birliyi iştirak etsə də, Rusiya tədbirdə yox idi. Digər tərəfdən, Rusiyadan Ermənistana silah ötürülməsinə Azərbaycanın etirazı da bu səfərin meydana çıxmasına səbəb ola bilər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.