İlham Əliyevdən PKK tələbi

5-03-2016, 09:51   


Milli Istihbarat Təşkilatının hesabatı ilə bağlı ilginc iddialar

Xəbər verildiyi kimi Türkiyənin Milli Istihbarat Təşkilatının (MIT) erməni jurnalist, “Aqos” qəzetinin redaktoru Qrant Dinkin öldürülməsi işi üzrə hazırlanan yeni ittihama əlavə edilmiş məxfi hesabatı üzə çıxıb. Türkiyənin mətbuatının yazdığına görə həmin hesabatda PKK-nın Azərbaycan da daxil olmaqla bəzi ölkələrdəki fəaliyyətindən bəhs edilir. Məxfi məruzə 2011-ci il martın 1-dən 31-nə qədər olan kəşfiyyat məlumatları əsasında hazırlanıb.

Sənəddə “Terror təşkilatları” bölməsində PKK, DHKPC və digər radikal solçu terror təşkilatları, habelə PKK-nın aralarında Fransa, Almaniya, Azərbaycan və Ukrayna başda olmaqla bir çox ölkələrdəki fəaliyyətləri barədə kəşfiyyat məlumatlarına yer verilib. Lakin MIT-in məruzəsinin həmin hissəsinin detalları mətbuatda yayılmayıb(Virtualaz.org).


Bu məsələni “Azadlıq”a şərh edən təhlükəsizlik üzrə ekspertlər hesab edir ki, PKK ilə bağlı Azərbaycanın qarşısına ciddi tələb qoyula bilər: “Hazırda Ankara bütün səyləri PKK-nı zərərsizləşdirilməsinə yönəldib. Təbii olaraq bu terror təşkilatının kənardakı uzantıları da Türkiyə hökumətinin hədəfinə gəlib. Bir müddət əvvəl ”gülənçi şəbəkə”yə qarşı mübarizəyə də Azərbaycan cəlb olunmuşdu. Daha doğrusu Azərbaycan hökumətindən bu şəbəkənin ölkəmizdəki uzantılarını sıradan çıxarmaq tələb edilmişdi.

Hakimiyyət istəməsə də, müəyyən addımlar atmağa məcbur oldu. PKK məsələsi isə Türkiyə üçün daha çox önəm daşıyır. Güman ki, bununla bağlı Azərbaycanın da qarşısına ciddi tələblər qoyulacaq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyətində təmsil olunan bəzi məmurların PKK ilə əlaqələri barədə zaman-zaman Türkiyə və yerli mətbuatda iddialar yer alıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.