Kreml Qarabağdakı döyüşlərdən çox narahatdır və Sərkisyanı söhbətə çağırdı

9-03-2016, 11:26   
Kreml Qarabağdakı döyüşlərdən çox narahatdır və Sərkisyanı söhbətə çağırdı


Sabah, martın 10-da, Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya işgüzar səfər edəcək.

Virtualaz.org xəbər verir ki, “Kommersant” qəzeti bu səfər ərəfəsində Rusiyadakı diplomatik mənbəyə istinadən Moskvanın Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu artan silahlı toqquşmalardan ciddi narahat olduğunu bildirib.

Səfər ərəfəsində Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan “Kommersant”a müsahibə verib və ölkəsinin Rusiyadan silah alması, Qarabağ münaqişəsinə dair danışıqlar barədə danışıb. Nalbndyanın müsahibəsindən xülasələr az sonra saytda yerləşdiriləcək.

* * *

Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan prezident Serj Sərkisyanın Moskvaya səfəri ərəfəsində “Kommersant”a verdiyi müsahibədə deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti İrəvanı qane edir. “Təəsüf ki, münaqişənin digər tərəfinin mövqeyi başqadır. Münaqişənin həllinin indiyədək tapılmamasının günahı həmsədrlərdə və Ermənistanda deyil”-Nalbəndyan bildirib.



Ermənistan xarici işlər naziri deyib ki, rəsmi Bakı Minsk Qrupu həmsədrlərini İrəvana təzyiq göstərməməkdə günahlandırır. Hansı ki, həmsədrlərin rolu tərəflərdən bu və ya digərinə təzyiq göstərməkdən ibarət deyil. Nalbəndyan Ermənistanın həmsədr ölkələrin birgə bəyanatlarında əks olunmuş prinsiplər əsasında danışıqlar aparmağa hazır olduğunu deyib. “Danışıqların alternativi yoxdur və biz həmsədrlərlə birlikdə problemin müstəsna olaraq dinc yolla həllinin tapılması üçün səyləri davam etdirəcəyik”-Nalbəndyan bildirib.

Ermənistan xarici işlər naziri ölkəsinin Rusiyadan 200 milyon dollar güzəştli kredit hesabına silah və texnika almasını da şərh edib. “Biz regionda balansı saxlamaq və yeni eskalasiyaya yol verməmək üçün səylər göstərməyə məcburuq. Son illər Azərbaycan öz hərbi xərclərini dəfələrlə artırıb. Bizim Rusiya ilə müttəfiqlik münasibətlərimiz var, o cümlədən çox sıx hərib əlaqələrimiz mövcuddur. Heç kimə sirr deyil ki, biz ilk növbədə hərbi müttəfiqimizdən silahlar alırıq və bundan sonra da Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirəcəyik”-Nalbəndyan deyib.

Ermənistan XİN rəhbəri qeyd edib ki, İrəvan Azərbaycanın Rusiyadan böyük miqdarda silahlar almasından və az qala hər gün müharibəyə başlamaqla hədələməsindən sevinə bilməz . “Və bizim xoşumuza gələ bilməz ki, bu silahlar müttəfiqimiz Rusiyadan alınır”-o əlavə edib.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.