Sumqayıt şəhərində ana-balanın yanması ilə nəticələnən bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin “Qurd dərəsi” adlandırılan ərazisində qeydə alınıb.
Mahizər Abdurəhmanova və oğlu Muradın evində qəfildən “Ariston” su qızdırıcısı partlayıb.
Hadisə nəticəsində Mahizər Abdurəhmanova və oğlu Murad müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Ana-balanı xəstəxanaya yerləşdiriblər.