Nazirin iştirak etdiyi toyda dava düşdü

26-05-2014, 15:41   
Nazirin iştirak etdiyi toyda dava düşdü
24 may tarixində Bakının “Sonalar Sonası” restoranın qarşısında atəş səsləri eşidilib. Hadisə şahidlərinin verdikləri məlumata görə, ötən gün Bakının “Sonalar Sonası” restoranında kütləvi dava düşüb. Qız və oğlan toyunun bir arada keçirildiyi məclisdə, hər iki tərəfin qonaqları arasında sonu qanla bitən insident yaşanıb. Hadisə şahidlərinin sözlərinə görə, toy məclisində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da iştirak edib. Şadlıq evinin qarşısında dayanan taksi sürücüləri də əməkdaşımızla söhbətində bu məlumatı təsdiqləyib. Onların sözlərinə görə, nazir toy məclisində baş verən insidentə görə restoranı ən sonda tərk edib. Hadisə yerinə təcili tibbi yardım maşınlarının gəlməsinə baxmayaraq, dava restoranın həyətində də davam edib. Davanın səngimədiyini görən məclis iştirakçılarından biri belindəki tapança ilə göyə iki dəfə atəş açıb. Bundan sonra insident başa çatıb. Baş verən insident nəticəsində bir nəfər xəstəxanaya aparılıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı restoranın digər zalında deputat Etibar Hüseynov da öz oğluna toy edirmiş. İnsidentlə bağlı heç bir rəsmi məlumat olmasa da, hadisənin təfsilatını öyrənməyə çalışırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.