Ukraynada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə liderlik edən Pyotr Poroşenko gələn ay Rusiya rəhbərliyi ilə görüşmək niyyətindədir.
ANS PRESS-in məlumatına görə, bu barədə P.Poroşenkonun özü açıqlama verib. O, bildirib ki, Ukraynanın cənub-şərq regionlarında vəziyyətin normallaşdırılması rəsmi Moskvanın iştirakı olmadan mümkün deyil.
“Rusiya bizim ən böyük qonşumuzdur. Biz Putinlə bir-birimizi çox gözəl tanıyırıq”, P.Prorşenko deyib.
Bundan başqa P.Poroşenko prezident kimi ilk xarici rəsmi səfərini iyunun 3-4-də Polşaya etmək niyyətindədir.