Suriyada döyüşən azərbaycanlılardan yerdəyişmə

26-05-2014, 15:45   
Suriyada döyüşən azərbaycanlılardan yerdəyişmə
Suriyadakı döyüşlərdə həlak olan azərbaycanlıların lideri olduğu iddia olunan çeçen əsilli Seyfullah Şişaninin qrupunun üzvləri Suriyada vuruşan “ən Nüsrə” qruplaşmasını tərk ediblər.

ANS PRESS-in məlumatına görə, Şişaninin qrupunun tərkibində vuruşan azərbaycanlı döyüşçülər Suriyada fəaliyət göstərən İraq İslam Şam Dövləti (İŞİD) adlı qruplaşmaya keçdiklərini bəyan ediblər.

Nəticədə “ən Nüsrə”də döyüşənlərin sayının kəskin azaldığı bildirilir.

Qeyd edək ki, ötən gün Seyfullah Şişaniyə yaxınlığı ilə tanınan qrupun öndə gedən liderlərindən biri olan Ramazan əl Şişani də İŞİD cəbhəsinə keçdiyini açıqlayıb.

Şişanin ölümündən sonra qrupa yeni rəhbər təyin edilsə də bir müddət sonra o, da qətlə yetirilib.

Xatırladaq ki, bir müddət bundan öncə Hələb həbsxanada məhbusların azad edilməsi üçün aparılan əməliyyat zamanı partlayan mərmi nəticəsində Seyfullah Şişani öldürülüb. Sağlığında İraq-Şam İslam Dövləti adlı qruplaşmanın tərkibində olan Şişani daha sonra bu qrupdan ayrılaraq “əl-Qaidə”nin əsas silahlı qüvvəsi hesab olunan “ən-Nusra” cəbhəsi qruplaşmasına qoşulmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.