Xoşqədəmin sağ olub-olmadığını komandası da bilmir

26-05-2014, 19:09   

ATV-də yayımlanan populyar "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Suriyada vurulub.

Bu barədə xəbəri "Xeberdar.az" saytı etibarlı mənbəyə istinadla yayıb.

Xəbərdə bildirilir ki, Xoşqədəm Hidayətqızı bu dəqiqələrdə Suriyadan "Səni axtarıram" verlişinin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı bir neçə axtarışın sonucu ilə bağlı verlişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına "vurulduq" deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı "yaralandım" sözünü də işlədib.

Qeyd edək ki, mənbənin bildirdiyinə görə, teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də, mətbuata çıxmaması üçün gizli saxlanılır.

Əlavə məlumat verməyə çalışacağıq.

Xatırladaq ki, xəbərin PR olması ehtimalı istisna deyil.
- See more at: http://axar.az/news/19208#sthash.0MhrDpft.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.