Ukrayna kütləvi informasiya vasitələri iki gəncin – ukraynalı və çeçenin sosial şəbəkə üzərindən məktublaşmasına geniş yer ayırıb. Axar.az xəbər verir ki, yazışmanın mahiyyətində çeçenlərdən ibarət “Vostok” batalyonunun separatçılar tərəfində vuruşmasını təhlil etmək olub. Qeyd edək ki, Alyona Palaşek adlı gənc xanım öz çeçen dostundan məktub alıb. Məktubda deyilir: ”Ukraynalılardan bir xahişimiz var – kadırovçuları hədəfə alanda düz alınlarının mərkəzinə güllə atın. Əmin olmaq istəyirəm ki, onlar Çeçenistana dönə bilməsinlər. Mən ümumiyyətlə anlaya bilmirəm ki, nədən ukraynanın Baş prokuroru Ramzan Kadırova qarşı cinayət işi qaldırmır və onu İnterpol vasitsi ilə beynəlxalq axtarışa vermir. Kadırov artıq kifayət qədər separat fikirlər səsləndirib, Ukraynanın ərazi bütövlüyünü şübhə altına alıb”. Sonra məktubda deyilir: “Kadırov etnik çeçen deyil, bunu hamı bilir, sadəcə, əqrəbaları Çeçenistana köç etmiş qaçqınlardır. O, əsil çeçen olsaydı, atasının qatilinə işləməzdi, bu səviyyəyə düşməzdi. Çeçenlər və kadırovçular - bu, eyni anlayış deyil. Və xahiş edirik, hər şeyi öz adı ilə çağırasınız: Ukraynada çeçenlər yox, kadırovçular banditliklə məşğuldurlar. Çeçenlər qardaş Ukraynanın başına gətirilənlərə görə üzülür, təəssüf hissi keçirir”. Xatırladaq ki, artıq bir neçə gündür Ukrayna mediası çeçen döyüşçülərinin ölkənin şərq vilayətlərinin mərkəzi küçələrində sərbəst dolaşması barədə xəbərlər yayır.