Zəlzələ vaxtı mobil şəbəkələr niyə pozulur?

26-05-2014, 19:13   
Zəlzələ vaxtı mobil şəbəkələr niyə pozulur?
Türkiyə Rabitə Nazirliyi internetin təşkili şöbəsinin rəhbəri Sərhat Özərən zəlzələdən sonra mobil telefonların şəbəkəsinin pozulması məsələsinə aydınlıq gətirib. Axar.az xəbər verir ki, Sərhat Özərən adətən zəlzələlərdən sonra internet əlaqəsində yaşanan çətinliyin elektrikin kəsilməsi, mobil və sabit xətlərdəki şəbəkə pozuntusunun isə əhalinin zəlzələ baş verən dəqiqələrdə sıx şəkildə mobil rabitədən istifadəyə cəhd etməsi ilə əlaqələndirib. Milyonlarla insanın eyni vaxtda mobil telefonla əlaqə saxlama cəhdi şəbəkənin yüklənməsinə və fəaliyyətinin neqativləşməsinə gətirib çıxarır. Bu kimi fövqəladə vəziyyətlərdə insanların gərəksiz yerə əlaqə saxlamaması tövsiyə edilir. Özərən "Zəlzələ vaxtı internet əlaqəsində yaşanan problem xüsusilə elektrikin kəsilməsi üzündən yaranır. İnternet əlaqəsini təmin edən infrastruktur cihazları elektrik kəsildikdə fəaliyyətinin dayandırır", - deyə bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.