Qlamur manyak: "Qadınlar məni bəyənmir" dedi, 7 adam öldürdü

26-05-2014, 19:13   
Qlamur manyak: "Qadınlar məni bəyənmir" dedi, 7 adam öldürdü
40 min dollarlıq BMW 328i, 300 dollarlıq "Armani" eynəyi, məşhur müğənni Keti Perrinin konsertində ilk sırada yer, dəbdəbəli həyat, lüks əyləncələr...

"The Hunger Games" filminin rejissoru Piter Rocerin oğlu Elliot Rocer "qadınlar məni bəyənmir" deyərək Kaliforniya ştatının Santa-Barbara şəhərində yoldakı insanlara atəş açmışdı.

Gülləbaranda 7 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, "Virgin Atlantic" aviaşirkətinin təyyarəsində biznes-klassda uçan 22 yaşlı Elliot Rocer dəbdəbəli həyatının fotolarını çəkərək sosial şəbəkələrdə paylaşırdı.

Elliot Rocer Los-Ancelesin dəbdəbəli Vudlənd Hills səmtindəki villada doğulmuş və orada böyümüşdü.
Villanın dəyəri 1,2 milyon dollardır.

Elliotun atası Piter Rocer məşhur Hollivud rejissoru, babası Corc Rocer isə dünyaca populyar fotoqraf, "Magnum Photos" agentliyinin banilərindən biri idi.

Elliotun anası əslən Malayziyadan olan tibb bacısı Liçin Çin Rocer idi. Piter Rocer onu boşayandan sonra əslən Mərakeşdən olan fransız aktrisa Sumaya Akabunla evlənmişdi.

"Oğlumun niyə belə etdiyini hələ də anlamıram. Belə çıxır ki, oğul yox, manyak, qatil böyütmüşəm. Dərdimin həddi-hüdudu yoxdur", - Piter Rocer deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.