Baş nazir Ərdoğan Almaniya səfərindən sonra Gülən hərəkatına əməliyyat təşkil olunacağını deyib: “Tarixi bəllidir” 30 mart bələdiyyə seçkilərindən sonra Türkiyənin Baş naziri R.T.Əroğdan “hinlərinə girəcəyik” açıqlamasını vermişdi. Almaniya səfərindən sonra da “tarixi bəllidir” açıqlamasını verib. Ərdoğan Gülən hərəkatı haqqında bunları deyib:“Hansı daşı qaldırırsan altından o çıxır. Təmizlənməlidir. Əməliyyat barəsində bir tarix qərarlaşdırmışıq. Ancaq bu elan ediləcək bir tarix deyil. Bu qocanın (Fətullah Güləni nəzərdə tutur – red) izində olanların yavaş-yavaş Türkiyədən qaçdığını görürük. Məhkəmə və hüquq-mühafizə orqanlarında özlərini güclü görürlər. Amma hamısını təmizləyəcəyik. Texnologiyada haker rolunu oynayırlar. Təmizləməliyik ki, ölkə gözlədiyi firavanlığa qovuşsun”.