Putin 30 min uşağı Krıma göndərir

26-05-2014, 19:15   

Rusiya Baş naziri Dmitri Medvedev Ukraynada prezident seçkisinin keçirildiyi gün Krıma səfər edib. Axar.az xəbər verir ki, Rusiyanın müxtəlif bölgələrindən uşaqların yaz tətilini keçirmək üçün Medvedev Sevastopolda yerləşən Federal Köçəri Xidmətinə gələrək vətəndaşlara Rusiya pasportu paylayıb. Rusiya Baş naziri bununla Krımın Rusiyaya birləşdirilməsindən sonra bölgəyə ikinci dəfə ziyarət edib. Medvedev Sevastopol qubernatoru Sergey Menyaylo ilə də görüşüb. Uşaqlar üçün sağlamlıq mərkəzi olan və 1925-ci ildə istifadəyə verilən Arte beynəlxalq uşaq düşərgəsində araşdırmalar aparan Medvedev tətil düşərgələri ilə əlaqədar yığıncaq keçirib. Qeyd olunub ki, bölgədə yerləşən 10 ayrı düşərgə sahəsindən 5-i il boyunca aktiv olaraq fəaliyyət göstərir. Rusiyanın planlarına görə, ən az 30 min uşaq yaz tətilində Krımda düşərgəyə göndəriləcək. Yerli büdcədən 4,5 milyard rubl və Rusiya Federal büdcəsindən də 4,37 milyard rubl tətil proqram üçün ayrılıb. Qeyd edək ki, hər bir uşaq üçün təxminən 17 min rubl (təxminən 500 dollar) xərclənməsi planlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.