Mərcdə uduzan nazir saqqalını qırxdı

27-05-2014, 10:53   
Mərcdə uduzan nazir saqqalını qırxdı
İtaliyanın sabiq müdafiə naziri İnyatsio La Russa etdiyi mərcdə uduzduğu üçün canlı yayımda saqqalını qırxdırmaq məcburiyyətində qalıb. İtaliyada Avropa Parlamenti (AP) seçkilərindən əvvəl "RAI" kanalındakı "Porta a porta" verilişində iştirak edərək partiyası "Fratelli d'Italia"nın 4 % səslə qazanacağını bildirən sabiq müdafiə naziri İnyatsio La Russa hətta mərcə də girib. O, seçkidə uduzacağı halda, saqqalının qırxılmasını istəyib. La Russanın partiyası isə AP seçkilərində 3,66 % səs yığdığı üçün iştirak etdiyi "Porta a porta" verilişində bərbər kreslosuna oturub. Canlı yayımda bərbər tərəfindən təraş edilən La Russa mərcə görə 40 ildir kəsmədiyi saqqallarına vida etməli olub. Qeyd edək ki, AP seçkiləri baş nazir Matteo Renzinin lideri olduğu Demokrat Partiyanın zəfəri ilə nəticələnib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.