Xaçmazda iki yaşayış evi yandı

27-05-2014, 10:59   
Xaçmazda iki yaşayış evi yandı
Xaçmazda 3 otaqlı ev yanıb. Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Niyazabad kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tavanı 45 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. *** Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tiklinin dam örtüyünün yanar konstruksiyası və içərsindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.