Bakıda polis əməkdaşları al-qana boyandı

27-05-2014, 11:00   
Bakıda polis əməkdaşları al-qana boyandı
Bu gecə, saat bir radələrində Abşeron rayonunun Masazır qəsəbəsinin mərkəzində yerləşən kafelərdən birində kütləvi dava baş verib. Axar.az əməkdaşının verdiyi məlumata görə, səbəbi bəlli olmayan kütləvi davanın qarşısını almaq üçün Post Patrul Xidmətinin iki qrupu hadisə yerinə gəlib. Ancaq təxminən 50 nəfərə qədər adamın kütləvi davasında daha ciddi xəsarət alan elə polis əməkdaşları olub. Gözü qızan kütlə bir neçə Post Patrul Xidməti əməkdaşını yerə yıxaraq, amansızlıqla təpikləyiblər. Əməkdaşımızın verdiyi məlumata görə, polis əməkdaşlarına ciddi xəsarət yetirilib, onların al-qana boyandıqları da bildirilir. Hadisə yalnız əlavə polis qüvvələri insident yerinə cəlb olunduqdan və davanın baiskarı hesab olunan bir neçə gəncin qaçmasından sonra sakitləşib. Saxlanılanlar barədə hələlik məlumat yoxdur. Təfərrüatı öyrənməyə çalışırıq...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.