Xoşqədəm güllələnməsindən danışdıYenilənib

27-05-2014, 11:08   
Xoşqədəm güllələnməsindən danışdı
Suriyada atəşəməruz qaldığı deyilən Xoşqədəm Hidayətqızı açıqlama verib.

ATV televiziyasının xəbərlər proqramının canlı efirinə Suriyanın Hələb şəhərindən qoşulan X.Hidayətqızı səsləndirilən iddialara aydınlıq gətirib: "Günorta saatlarında televiziyaya canlı qoşulmuşduq. Bu zaman atəş səsləri eşidildi. Mən də məcbur olub telefonu söndürdüm, ancaq bizim maşına güllə dəydi. Tez ərazini tərk etdik və bir neçə saat telefonu bağlı saxladıq. Hazırda çəkilişimiz davam edir və hər şey öz qaydasındadır. Narahatçılığa səbə yoxdur".

* * *

“Xoşqədəm xanım mənimlə telefonda danışırdı. Ondan vəziyyətin necə olduğunu soruşdum. Birdən “ay Allah, yaralandıq” deyə qışqırıq səsləri eşitdim”.

Bunu virtualaz.org saytına “Səni axtarıram” verilişinin icraçı prodüseru Əli Vəliyev deyib.

Onun sözlərinə görə, hazırda Suriyanın Hələb şəhərində olan Xoşqədəm Hidayətqızı telefonla danışarkən güllə səsləri eşidilib: “O, özü “yaralandıq” deyə qışqırdı. Bundan sonra telefon əlaqəsi kəsildi. Sonuncu dəfə mənimlə danışıb. Heç mən onun harasından yaralandığını bilmirəm. Onun ayağından güllə yarası aldığını kim bildi? Yazılan hər bir məlumat onun valideynlərini həyəcanlandırır”.

Ə.Vəliyev məsələ ilə bağlı ATV rəhbərliyinə məlumat verildiyini, hazırda Xoşqədəm Hidayətqızı ilə əlaqə yaratmağa çalışdıqlarını dedi.

***

Bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızının Suriyada vurulması barədə məlumat yayılıb.

Jurnalistə yaxın mənbə də bu faktı ANS-ə təsdiqləyib. İlkin məlumata görə, hadisə Hələb şəhərində baş verib. Jurnalist ayaqlarından yara alıb.
Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verilişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı bir neçə axtarışın sonucu ilə bağlı verilişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına "vurulduq" deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan teleaparıcı "yaralandım" sözünü də işlədib.
Qeyd edək ki, mənbənin bildirdiyinə görə, teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.

"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının vurulmasının təfərrüatları məlum olub.
ATV-nin redaktoru Vüqar Bektaşın ANS-ə verdiyi məlumata görə, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub.
Atəşdən sonra əməkdaşzlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.