Dindarlar “halal” fahişəxana açır

27-05-2014, 11:09   
Dindarlar “halal” fahişəxana açır
Bu ilin iyununda Hollandiyanın Amsterdam şəhərində “Croissant chaud” (“İsti aypara” - fransızcadan tərcümə) adlı “halal” fahişəxana açılacaq.

Bu müəssisə şəriət qaydalarına əməl edən müsəlmanlara xidmət göstərəcək.

Fahişəxananın gələcək müdiri Conatan Svik jurnalistlərə bildirib ki, “İsti aypara”nın açılışı üç tanınmış imam tərəfindən bəyənilib. Onun sözlərinə görə, “həyat qadınları” şəriət qaydalarına uyğun olaraq fəaliyyət göstərəcəklər.

Bu müəssisənin tam qapalı olacağı başlıca şərtdir. Ora narkotik maddə və alkoqollu içkilər qəbul edən qadınlar buraxılmayacaq. İşçilər hər iki aydan bir yoxlanılacaq. Qanında narkotik maddə izləri və ya alkoqol aşkarlananlar işdən qovulacaq.

Qədim peşə sahiblərinin siqaret və ya qəlyan çəkməsi ilə bağlı məsələyə toxunulmayıb.

Svikin sözlərinə görə, işçi qadınlar gündə 5 dəfə (xidmət saatı namaz vaxtı ilə üst-üstə düşsə də) namaz qılmalıdır. “Halal” fahişələrin hamısının yalnız müsəlman olması ilə bağlı məsələyə də aydınlıq gətirilməyib.

Mənbə xatırladıb ki, hazırda Niderland krallığı əhalisinin 6 faizini (təxminən bir milyon ) müsəlmanlar təşkil edir. Onların çoxu Türkiyə və Mərakeş əsillidir.

Bundan başqa hər il müsəlman dövlətlərindən Hollandiyaya minlərlə turist səfər edir. Onların çoxu Amsterdama can atır. Bu səbəbdən də ideya müəllifləri “İsti aypara” müəssisəsinin uğur qazanacağına ümid edirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.