Ermənistan müdafiə naziri Seyran Ohanyan dünən İrəvanda parlamentdə çıxışında ordularının Azərbaycan Ordusu ilə müqayisədə zəif olduğunu bildirib.
Ohanyan Azərbaycan Ordusunun imkanlarının xeyli yüksək olduğunu deyib: “Düşmən periodik olaraq yeni silahlar alır və texnikasını yeniləşdirir”.
Ermənistan ordusunun Azərbacanın işğal olunmuş ərazilərində Azərbaycan Ordusu ilə üzbəüz dayandığını da etiraf edən erməni nazir son günlərdə baş vermiş bəzi toqquşmalardan da danışıb: “Biz anlamalıyıq ki, belə hadisələr periodik təkrarlanır. Düşmənlə bağlı çətinliklərimiz var, çünki onlarla üzbəüz dayanmışıq”.