Qarabağ münaqişəsi: müharibə, yoxsa sülh?

27-05-2014, 11:16   
Qarabağ münaqişəsi: müharibə, yoxsa sülh?
İsveçrədə ATƏT-in Minsk Qrupunun bütün həmsədrlərinin iştirakı ilə danışıqlar təşkil edilib
Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərinin yaxınlığında yerləşən məşhur Hünigen qəsrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunub. Görüş hazırda ATƏT-ə sədrlik edən İsveçrə Xarici İşlər Nazirliyi və Beynəlxaq Sülh İnstitutu təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan və Ermənistanın nümayəndə heyəti ilə yanaşı münaqişənin həllində vasitəçilik edən əksər beynəlxalq təşkilatlar da iştirak edib. Tədbirin əhəmiyyətini nəzərə alaraq ATƏT-in Minski Qrupunun bütün həmsədrləri sözügedən görüşə qatılıblar. Müzakirələrdə Azərbaycanı Azərbaycan Diplomatiya Akademiyası (ADA) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edib.
CESD-nin sədri Vüqar Bayramov bildirib ki, tədbirdə həmsədrlərin iştirakı ilə münaqişənin həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Eyni zamanda post-münaqişə dövrünün potensial iqtisadi və siyasi təsirləri də qiymətləndirilib”.
Vüqar Bayramov görüşdə müzakirə edilən məsələlərin detalı ilə bağlı indiki məqamda mətbuatın məlumatlandırılmamasının razılaşdırıldığını deyərək əlavə informasiya verməyib. Müzakirələrin bu formatda növbəti aylarda da davam etdirilməsi razılaşdırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.