Ukrayna ordusu ağır itki verdi: 35 ölü

27-05-2014, 11:17   
Ukrayna ordusu ağır itki verdi: 35 ölü
"Vostok" batalyonuna məxsus maşını yaralıları daşıyarkən körpüdə vurulub
Ukraynanın Donetsk vilayətində yaralıları daşıyan avtomobil silahlı hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Donbass qubernatoru Pavel Qubaryev Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, yaralıları daşıyan maşının atəşə tutulması nəticəsində 35 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

"Separatçılar Donetsk vilayətində strateji körpülərdən birini nəzarət altında saxlayır. Körpüdə hərəkət edən bütün maşınları minomyotlar vasitəsilə vururlar. Ukrayna ordusunun "Vostok" batalyonuna məxsus maşını yaralıları daşıyarkən körpüdə vurulub. 35 nəfər ölüb, 15 nəfər yaralanıb", - Pavel Qubaryev bildirib.

Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilsə də ölkənin cənub-şərqində döyüşlər davam edir. Bölgədən hər gün ölüm xəbərləri gəlir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.