Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun rektorluqdan uzaqlaşdırılma əmri verilib.
Bu barədə Təhsil Nazirliyindən adının açıqlanmasını istəməyən əməkdaş məlumat verib. Mənbə bildirir ki, rektor-millət vəkilinin BDU-da son günləridir:
"Əmr verilib, hazırdır, təkcə imzalanması qalıb. Bir həftə, ən geci isə 10 günə onu rektorluqdan uzaqlaşdıracaqlar”.
Mənbə A. Məhərrəmovun artıq yüksək dairələrdə də narazılığa səbəb olduğunu iddia edir. Qeyd edir ki, onun barəsində kifayət qədər narazılıq var.