Əksər ölkələrdə aşkarlanan haker qrupu göndərdiyi viruslar sayəsində evlərə sızmağı bacarıb
Dünyanı şoka salan daha bir hadisə qyedə alınıb. Amerika və Avropa ölkələrində üzə çıxan bu olayın digər ölkələrdə də yaşandığı istisna edilmir. Vaşinqtonda gənc qızın başına gələnlərdən sonra üzə çıxan məsələ gizli çəkilişin aparılması ilə bağlıdır.
Belə ki, dünyanın müxtəlif yerlərində yaşayan, lakin eyni mərkəzdən idarə edilən haker qrupu Facebookdan istifadə edən qadın və ya kişilərin özəl həyatlarını gizlicə çəkirmişlər. Məlumatda deyilir ki, xüsusən yataq otağında baş verənləri çəkən haker qrupu sonradan bu videogörüntülərdən qarşı tərəfə şantaj vasitəsi kimi istifadə edirmiş.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin araşdırmalarından sonra məlum olub ki, yataq otağında kompyüterdən istifadə edən, yatanda belə onu açıq saxlayanların böyük əksəriyyətinin seks görüntüləri hakerlərin əlinə keçib. Bəs, bu necə baş verib?
Hakerlər Facebookda hesabı olan gənc qadın və ya kişilərə müxtəlif profillərdən və ya e-maillərdən mesajlar göndəriblər. Həmin mesajları açıb oxuyanlar isə artıq hakerlərin tələsinə düşüb və kompyüterin yaddaşına sızmış xüsusi virus kameranın daim açıq qalmasına və sahibinin belə xəbəri olmadan çəkiliş aparmasına vəsilə olub.
MKİ-nin araşdırması nəticəsinəd məlum olub ki, hakerlərin əlində minlərlə yataq otağı səhnələri, insanların özəl həyatları ilə bağlı məlumatlar var. Həmin qrupun bəzi üzvləri saxlanılsa da, əsas mərkəzin təyin edilməsində ciddi problemlər hələ də qalıb.
Qeyd edək ki, analoji vəziyyətin Azərbaycandakı Facebook istifadəçiləri üçün də keçərli olduğu istisna deyil. Bu səbəbdən də şübhəli mesajların və ya məktubların açılmaması tövsiyyə olunur.