Rusiyanın 5-ci kalonu fəallaşıb

15-04-2016, 09:45   

Ayaz Mütəllibov da onları dəstəklədi

Son günlər Rusiyanın Azərbaycandakı 5-ci kalonu fəallaşıb. Xüsusilə hakimiyyətdəki ruspərəstlər Moskvanı Bakının dostu kimi qələmə verir, guya Qarabağ məsələsində Rusiyanın Azərbaycanın yanında olması barədə yanlış rəy yaratmağa çalışırlar. Məsələn, hökumətyönlü deputat Zahid Oruc AzNews.az-a açıqlamasında bildirib ki, aprelin 5-də Rusiyanın təşəbbüsü, təsiri və danışıqları ilə ölkədə atəşkəs rejiminə yenidən dönülməsi üçün növbəti saziş imzalananda Putin tərəfindən elə mövqelər irəli sürülüb ki, bu, Qarabağ problemini çözmək üçün real addımların atılmasına zəmanət verir.

Zahid Oruc vurğulayıb ki, Rusiya bölgədə Qarabağ probleminin çözümündə həlledici bir dövlət statusuna gəlib: “Faktiki olaraq, bu, onun regiondakı hərbi qüvvələrinin imkanlarına görədir, eyni zamanda son hadisələr fonunda həm də bir sülhyaradıcı missiyanı sanki öz üzərinə götürüb. Indi Suriyada həyata keçirilən əməliyyatlar fonunda dünyada öz imicini yeniləşdirmək niyyətindədir. Təki belə olsun. Azərbaycan 90-ci illər ərzində Boris Yeltsin dövründən çox böyük zərbələr, sanksiyalar və eyni zamanda rus qoşunlarının Qarabağ əməliyyatarınında çox mənfur rolu ilə bunları yadda saxlayıb. Amma hazırda Azərbaycan dövləti və onun rəhbərliyi Rusiya ilə çox yüksək münasibətlərdə marqlıdır və təsüdüfi deyil ki, indi meydanlara çıxan ermənilər yüz illər ərzində bu dövlətin mövcudluğunu, ayaqda qalmasını təmin edən ruslara qarşı etiraz aksiyaları keçirirlər”.


“Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini təhlükəli saymır, Qarabağın birdəfəlik itirilməsi kimi qiymətləndirmirəm. Əksinə çalışmaq lazımdır ki, işğal altında olan rayonlarımız mümkün qədər tez geri qayıtsın”.

Bu sözləri isə Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Ayaz Mütəllibov deyib ki, daimi sülhün tətbiq olunması üçün lazım olan bütün addımlar atmaq lazımdır: “6 rayon qaytarılsa proseslər öz-özünə tənzimlənəcək. Camaatda da inam yaranacaq. Ermənilər isə razılığa gəlməyə məcbur olacaqlar. Kim nə deyir, desin ermənilər məcburiyyət qarşısında qalsalar məsələlər istər-istəməz öz həlini tapacaq. Sülhməramlılara gəldikdə isə vaxtilə 90-cı illərin əvvəllərində sülhməramlılar Dağlıq Qarabağda komendatura şəklində öz yerini tapmışdı. Doğrudur, hər iki tərəf narazılığını bildirirdi. Ancaq biz geniş miqyaslı müharibəyə yol vermirdik. Müəyyən məsələlər tənzimlənirdi. Əgər deyilənlər öz təsdiqini tapsa, yenə də elə olacaq”.

Göründüyü kimi hər iki şəxs açıq şəkildə Rusiyanın təbliği ilə məşğuldur. Hakimiyyətin nəzarətində olan media orqanlarında Rusiyanın dost ölkə olması, 5 rayonun qaytarılacağı və s. barədə əfsanələr uydurulur. Sanki 1990-cu il yanvarın 20-də Azərbaycanı qan içində boğmağa çalışan Rusiya olmayıb. Sanki Xocalı faciəsini Rusiya törətməyib. Əslində Rusiya ilə qardaşlaşmaq hakimiyyətə öz maraqlarını təmin etmək üçün gərəkdir. Qərbə inteqrasiya demokratik islahatlardan keçir. Rusiya isə heç bir islahat tələb etmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.