İri bizneslə dialoqa getməyən nazirlər vəzifədən azad ediləcək?

27-05-2014, 12:14   
İri bizneslə dialoqa getməyən nazirlər vəzifədən azad ediləcək?
Prezident İlham Əliyev icra hakimiyyəti ilə biznes arasında dialoqu aktivləşdirmək istəyir.

Bunu “Caspian European Club”un (CEIBC) icraçı direktoru Telman Əliyev deyib.

Direktorun sözlərinə görə, 2002-ci ildə yaradılan və regional təşkilat olan CEIBC öz sıralarında 50-dək ölkədən olan 500-dən çox şirkət və təşkilatı birləşdirir. «İlk dəfə KİV vasitəsilə nazirlərə müraciət edirik ki, prezidentin təşəbbüsünü dəstəkləsinlər», - deyə o bildirib. Məsələ burasındadır ki, ölkədəki 5- aparıcı sahibkarlıq assosiasiyasından ikisi nazirlər səviyyəsində görüşlər təşkil edə bilir.

«Təəssüf ki, bəzən məmurlar məntiqsiz, kobud, sensasion bəhanələrlə biznes forumlarda iştirakdan imtina edir. Rəsmi müraciət etdiyimiz nazirlərin siyahısı şirkət rəhbərləri ilə müzakirə edilir. Ona görə qapalı qapılar arxasında keçirilən görüşlərdə iqtisadiyyatın bütün sahələri üzrə problem və təkliflər müzakirə olunur», - deyə Əliyev bildirib.

Yəqin, nazirlər CEIBC direktorunu eşitməyib, o isə ölkə başçısına şikayət edib. Telman Əliyev Facebook səhifəsində yazıb ki, iyunun sonuna kmi dialoq çağırışını eşitməyən nazirlər vəzifədən azad ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.