Mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.
Iclasda Rusiya, Belorus və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayacaqlar.
Müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Müqaviləyə görə, hər üç dövlət öz üzərinə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunması ilə bağlı öhdəlik götürür. Həmçinin iqtisadiyatın ən vacib sahələri olan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyatda razılaşdırılmış siyasət yürüdəcəklərini bəyan edirlər. Bununla da MDB məkanında nəhəng ümumi bazarın formalaşdırılması başa çatacaq.
İclasda danışıqlar zamanı Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın praktik aspektləri müzakirə olunacaq. Eyni zamanda gələcəkdə qurumun tərkibinin genişləndirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılacaq.