Binəqədi şossesi ətrafında yaşayan əhali Bakı-Sumqayıt yolunu bağlayıb
Sakinlərin yolu bağlamasına səbəb uzun müddətdir içməli suyun verilməməsidir.
Sakinlərin sözlərinə görə, onlara yeni xətlər çəkiləndən sonra suyun veriləcəyi deyilib. Lakin 1 aydır nə yeni xətt çəkilir, nə də su verilir.
Hadisə yerinə rəsmilərdən heç kim gəlməyib.