Amerikanın CNN telekanalının Ukraynanın gərgin bölgələrdən reportajlar hazlırlayan müxbiri Rusiya və prezident Vladimir Putini gözlənilməz şəkildə ifşa edib. Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, amerikalı reportyorun ifşa materialının məzmununda çeçenlərin onları Donbasa Rusiya və Çeçenistan rəhbəri Ramzan Kadırovun göndərməsini etiraf etməsi durur. Qeyd edək ki, bir neçə gün bundan öncə Donbasın mərkəzində Ukraynada keçirilən prezident seçkilərinə etiraz əlaməti olaraq, böyük bir mitinq keçirilmişdi. Aksiyanın gedişi zamanı çeçen döyüşçülərdən ibarət bir neçə hərbi maşın da həmin məkana gəlib. Çeçenlər separatçılarla bir olduğunu nümayiş etdirərək, avtomatlardan havaya yaylım atəşi açıb. Diqqətə çatdıraq ki, önəmli olay və Rusiyanın CNN prizmasından dünyaya ifşa olunması məhz bu zaman baş verib. Belə ki, sözügedən telekanalın müxbiri çeçenlərə yaxınlaşaraq, onlara bir neçə aldadıcı sual verir. Gözlərini qan örtmüş kadırovçular məsələnin mahiyyətinə varmadan faktları olduğu kimi dilə gətirir. Onlar etiraf edir ki, Rusiyadan gəliblər, Putinin əmrini yerinə yetirirlər və kadırovçudurlar. Xatırladaq ki, bu önəmli faktı CNN gün ərzində bir neçə dəfə nümayiş etdirməklə Rusiyanı dünyanın gözündə ifşa edib.