Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev polis idarəsinə çağırılıb.
Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat daxil olub.
Hələlik M.Beydullayevin polisə nə üçün çağırılması barədə məlumat yoxdur.
Sözügedən məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı M.Beydullayevlə telefon əlaqəsi saxlayıb.
General telefon zənginə “hazırda polisdəyəm”, - deyə cavab verib və daha sonra telefonu söndürüb.
Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib.
Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.