Katolik dünyasını dini lideri Papa Françesko üç səmavi dinin müqəddəs yerlərinə və Həmasın xəbərdarlığına baxmayaraq, yəhudilərin müqəddəs hesab etdiyi ”Göz yaşı divarı”nı ziyarət edib. Axar.az xəbər verir ki, Papa İordaniya, İsrail və Fələstini ziyarət etdikdən sonra ibadət üçün Qüdsdə yerləşən Məscidi-Aksadakı müqəddəs “Qübbət-üs Səhra”ya və “Göz yaşı divarı“na gedib. Daha sonra İsraildə soyqırım abidəsi olan “Yad Vaşəm”i ziyarətdən sonra muzeydə toplaşan zaman soyqırımdan qurtulan 6 nəfərin əlini öpüb. Qeyd edək ki, dini lider soyqırımı “şeytani hadisə“ adlandırıraq, belə bir faciənin təkrarlanmaması üçün dua edib.