”Terrorçular təslim olmasa, ən müasir silahlarla məhv ediləcəklər”

27-05-2014, 14:29   
”Terrorçular təslim olmasa, ən müasir silahlarla məhv ediləcəklər”
"Ukraynanın şərqində separatçılıqla məşğul olan şəxslər təslim olmasalar, onlara qarşı dəqiq hədəfə alan ən müasir silahlardan istifadə olunacaq”. Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bu sözləri öz Feysbuk səhifəsində Ukrayna Antiterror Əməliyyatları qərargahının informasiya şöbəsinin rəhbəri Vladislav Seleznyov deyib. Terroçulara qarşı aparılan şiddətli əməliyyatların gedişi və nəticələrinə aydınlıq gətirən Seleznyov bildirib ki, təmizləmə işləri bu cür templə davam edəcək. O, əlavə edib ki, hazırda terrorçuların yerinin və hərəkət trayektoriyalarının kəşfiyyat işləri başa çatıb: ”Hazırda separatçı döyüşçülərin yerlərinin dəqiqləşdirilməsi başa çatıb. Əgər separatçılar təslim olmasalar, əldə etdiyimiz koordinatlara uyğun, onlara qaşı ən dəqiq hədəf alan müasir silahlardan istifadə edəcəyik. Məqsədimiz antiterror əməliyyatlarını uğurla başa çatdırmaqdır”. Xatırladaq ki, tərəflər arasında döyüşlər hələ də davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.