Sabah-mayın 28-də Milli Parkda əlilliyi olan insanlar tərəfindən aksiya keçiriləcək.
Bu barədə virtualaz.org saytına I qrup əlil Sevda Səfərəliyeva məlumat verib.
Onun sözlərinə görə, əlillərin hüquqlarının təmin olunması, Prezident təqaüdünün ümumi səbəbdən
əlil olan bütün qruplara və kateqoriyalara, o cümlədən sağlamlıq imkanı məhdud uşaqlara aid edilməsi, I qrup əlilliyi olan şəxlərə qulluq göstərən şəxslərə ödənişlərin təyin edilməsi üçün dinc aksiya keçirmək qərarına gəliblər: “Nəqliyyat və şəhər infrastrukturu ehtiyaclarımıza uyğun deyil. Ümumiyyətlə, bu gün əlilliyi olan insanların problemləri çoxdur. Buna görə də problemlərimizə diqqət çəkmək istəyirik. Biz də digər insanlar kimi hüquqlarımızın təmin olunmasını tələb edirik”.
Dinc aksiyada əlil arabası istifadəçiləri də iştirak edəcəklər: “Aksiyanin insidentsiz keçməsi üçün əlimizdən gələni edəcəyik. Gələcəkdə isə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək aksiya keçirmək üçün yer ayrılmasını istəyəcəyik”.