Donetsk vilayətində separatçılarla ordu qüvvələri arasında gedən döyüşlərdə ölənlərin sayı durmadan artır. ANS PRESS-in məlumatına görə, Donetsk hava limanı və onun ətrafında gedən döyüşlərdə 200 separatçının öldürüldüyü bildirilir.
Ukrayna Hrəbi Hava Qüvvələri əraziyə helikopterlər və qırıcılar göndərib. Separatçıların məntəqələri havadan bombalanır. Döyüşlər artıq vilayətin mərkəz hissələrinə də davam edir. Burada dinc sakinlər arasında da ölən və yaralananlar var. Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib ki, Donetsk beynəlxalq hava limanı güc strukturlarının nəzarəti altındadır.
Donbass qubernatoru komendat saatı elan edib. Sakinlərə gecə saat 23:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan edilib. Slavyansk şəhərində isə 3 dinc sakin döyüşlərin qurbanı olub.