Sürücülərin cərimə məbləği azaldıldı

27-05-2014, 16:03   
Sürücülərin cərimə məbləği azaldıldı
Prezident “Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb. ANS PRESS-in məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.

Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “ASAN ödəniş” sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentinə təqdim edəcək. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayıb, bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat verməlidirlər.

Daxili Işlər Nazirliyi bir ay müddətində İnzibati Xətalar Məcəlləsinin 429-6.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların toplanaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilməsini təmin etməlidir.

ANS PRESS-in "azadlıq.org"a istinadən verdiyi məlumata görə, sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilib. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 12-dən 20-yə qaldırılıb. 20 cərimə balı toplandıqda sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq. Əvvəlki məcəllədə sürücülük hüququ 2 aydan 1 ilədək məhdudlaşdırılırdı.
Bundan sonra qayda pozan sürücünün DYP orqanına çağırılması qadağandır, - yeni Məcəllə bunu tələb edir.

Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 %-dən 1%-ə endirilir. Eyni zamanda cəriməni ödəyərkən 10%-lik güzəştdən istifadə müddəti 5 gün hesablanır. Əvvəllər isə bu müddət üç gün idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.