Bakıda avtobus sürücüsü döyülüb. Bu gün 88 saylı xətlə hərəkət edən avtobusun sürücüsü 5 nəfər tərəfindən əzişdirilib. Hadisə sürücünün siqnal verməsi üstündə baş verib.
Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, sürücü siqnal verməkdə haqlı olub.
Onu döyən zaman isə heç kim kömək etməyib. Avtobusda olan qadınlar qorxudan və həyəcandan ağlayıblar.