Livanda bir xəbər saytı Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vadimr Putin və ABŞ-ın keçmiş Dövlət katibi Hilari Klintonu reklam fiquru olaraq istifadə edib.
Reklam elanlarında ölkələrin siyasi liderlərinin səhərlər nə iş gördükləri göstərilib.
Elanın altında "Read the paper before it gets published. (Qəzeti çap edilmədən əvvəl oxuyun!)" yazılıb. Bu yazı ilə "sürətli xəbərçilik" mesajı verən xəbər saytı Ərdoğanı dişini yuyarkən, Putini taraş olarkən, Hilari Klintonu isə səhər paltarında elan səhifələrinə yerləşdiriblər. Onların bu şəkilləri isə dünya mətbuatında və sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
[media=https://www.youtube.com/watch?v=Jp40_DJPcO0]