Müsəlman dünyasına 1948-də xəncər sancdılar

28-05-2014, 11:22   
Müsəlman dünyasına 1948-də xəncər sancdılar
"1948-ci ildə müsəlman dünyasına sanki xəncər sancdılar".

Bu sözləri Türkiyə Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Rəcai Kutan Beynəlxalq Müsəlmanlar Birliyi Konqresinin 23-cü qurultayında deyib. Kutan II Dünya Müharibəsindən sonra qalib dövlətlərin iştirak ilə keçirilən Yalta konfransında verilən qərarların İslam dünyasına necə mənfi təsir etdiyindən danışıb:

"Bu gün dünyada yaradılan düzənin əsası Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə quruldu. Müstəmləkəçilərin, istismar olunanların ehtiyacına görə bir sıra təşkilatlar qurdular. BMT-ni yaratdılar, nəzəri olaraq dünyadakı bütün haqsızlıqları önləyəcək, ədaləti təmin edəcəkdi. Ancaq bu təşkilatın verdiyi ilk qərara baxın; 1948-ci ildə İsrail dövlətinin qurulması. Yəhudiləri İslam coğrafiyasının içərisinə xəncər kimi sancdılar. Digər təşkilatlar da təxminən eyni istiqamətdə çalışır. İndi bunlar ortaya mütləq qoyulmalıdır və artıq hər kəs anlayır ki, Qərbin anlayışı dünyada mövcud olan bu çətinlikləri aradan qaldırmaq iqtidarında deyil".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.